Dünya

Lavrovun müavini: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi əlamətdar hadisədir"

29 May 2024 09:38
Baxış: 472
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi Konvensiyası Çərçivə Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi çox vacib və əlamətdar hadisədir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Azərbaycanın Müstəqillik Günü münasibəti ilə keçirilən tətntənəli qəbulda iştirak edən Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

O, qeyd edib ki, beynəlxalq konvensiyaların əsasında ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə beynəlxalq münasibətlərin ən vacib istiqamətlərindən biridir. "Bu, həm də Azərbaycan və Rusiya diplomatiyasının ən vacib isyiqamətlərindən biridir. Əlbəttə ki, Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi Konvensiyası Çərçivə Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi çox vacib və əlamətdar hadisədir. Ona görə də, biz Azərbaycana uğurlar arzulayırıq. Əlimizdən gələni edəcəyik ki, bu tədbir həm qlobal miqyasda ətraf mühitin qorunması ilə mübarizə üçün, həm də ölkələrimiz üçün müsbət keçsin", deyə rusiyalı nazir müavini vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.