Dünya

Ukrayna bu ölkə ilə 126 milyon avroluq təhlükəsizlik sazişi imzaladı

29 May 2024 09:13
Baxış: 542
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Portuqaliya ilə Lissabonun 126 milyon avroluq hərbi yardım ayırmasını nəzərdə tutan təhlükəsizlik sazişi imzalayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin saytında məlumat verilib.

"Lissabonda Ukrayna Prezidenti Volodimir Zelenski və Portuqaliyanın Baş naziri Luis Monteneqronun təhlükəsizlik sahəsində əməkdaşlığa dair ikitərəfli sazişi imzalanıb. Portuqaliya bu il ən azı 126 milyon avroluq hərbi yardım göndərəcək", - məlumatda deyilir.

Saziş 10 illik müddətə nəzərdə tutulub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.