Dünya

İsrail bu ölkələrdəki səfirlərini geri çağırdı

22 May 2024 11:31
Baxış: 1 207
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail İrlandiya və Norveçdəki səfirlərini məsləhətləşmələr üçün geri çağırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı İsrailin xarici işlər naziri İsrael Kaç öz "X" hesabında paylaşıb. 

Məlumata görə, buna səbəb həmin ölkələrin Fələstin dövlətini tanımaq barədə qərarları olub. 

Xatırladaq ki, Norveçin Baş naziri Yonas Qar Störe ölkəsinin Fələstini suveren dövlət olaraq tanıdığını bəyan edib. "Politico"nun məlumatına görə isə, bu gün İrlandiya və İspaniya da analoji qərarı açıqlayacaqlar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.