Dünya

Donetsk HİMARS-la vuruldu: ölənlərin sayı artdı - VİDEO

11 May 2024 21:55
Baxış: 956
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna ordusu Donetsk ərazisində yerləşən otellərdən birinə raket zərbələri endirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, nəticədə 5 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Zərbələr HİMARS raket komplekslərindən endirilib.

Məlumata görə, qondarma "Donetsk xalq respublikası"nın yaranmasının 10 illiyi münasibətilə avtoyürüş iştirakçılarının həmin otelin qarşısına toplaşıb. Otel binası ilə yanaşı, avtomobillər də raket zərbələrinə tuş gəlib.

Luqanskdakı neft bazalarından biri isə ATACMS raketləri ilə vurulub.

Hücum zamanı 4 nəfərin öldüyü bildirilir.

***

Donetskə hücum nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd olunur ki, üç nəfərin ölümü artıq təsdiqlənib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.