Dünya

Gürcüstanda uşaqları diləndirən şəbəkə ifşa edildi

11 May 2024 00:06
Baxış: 710
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanın paytaxtı Tiflisdə və Acarıstan Muxtar Vilayətində turistləri soyan və dilənçilər şəbəkəsini idarə edən əcnəbilər də daxil olmaqla, 15 nəfər yaxalanıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, saxlanılanlardan ən böyüyünün 61, kiçiyinin isə 16 yaşı var.

İstintaq müəyyən edib ki, saxlanılan şəxslər uşaq əməyinin istismarı üçün xüsusi sxem hazırlayıb övladlarını dilənməyə məcbur ediblər və pulu mənimsəyiblər.

Saxlanılan şəxsləri 17 ilə qədər həbs gözləyir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.