Dünya

Gürcüstan rusiyalı turistlər üçün ölkəyə giriş şərtlərini dəyişir

9 May 2024 19:06
Baxış: 608
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 1-dən Gürcüstanda turistlər üçün yeni qaydalar qüvvəyə minəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası məlumat yayıb.

Bildirilib ki, qeyd olunan tarixdən etibarən ölkəyə gələn bütün qonaqlardan qaldıqları bütün müddət ərzində tibbi sığorta tələb olunacaq.

Yaydan başlayaraq Gürcüstana gələn hər bir turist ölkədə qaldığı bütün müddət ərzində tibbi sığortaya sahib olmalıdır. Bu tələbi pozanlar təxminən 110 ABŞ dolları məbləğində cərimə olunacaqlar.

Səyahətlərini və uçuşlarını təkbaşına planlaşdıran səyahətçilər bu tələbə xüsusi diqqət yetirməlidirlər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.