Dünya

Rusiyada dəhşət: 40 min hektar ərazi yanır

30 Aprel 2024 21:53
Baxış: 877
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sibir bölgələrində meşə yanğınları başlayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, "Avialesoxrana" yanğının artıq yeddi regiona yayıldığını bildirib.

Dövlət müəssisəsinin məlumatına görə, hazırda ümumi sahəsi 40.374 hektar olan 41 yanğın hadisəsi var.

Ən çətin vəziyyət Yəhudi Muxtar Vilayəti və Xabarovsk diyarındadır. Yəhudi Muxtar Vilayətində yanğın 25 apreldə başlayıb və 18,5 min hektar ərazini əhatə edib. Aprelin 29-da yanğın lokallaşdırılıb.

Xabarovsk diyarında 14 bələdiyyədə yanğın davam edir və demək olar ki, 22 min hektara yayılıb. Hazırda ərazidə 380-dən çox canlı qüvvə, 60 ədəd yerüstü texnika və 7 təyyarə yanğınla mübarizə aparır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.