Dünya

Britaniya xarici işlər naziri ilk dəfə Tacikistana getdi

23 Aprel 2024 08:43
Baxış: 451
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Mərkəzi Asiya ölkələri ilə Birləşmiş Krallığın əlaqələrini gücləndirmək məqsədilə Tacikistana səfər edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, səfər çərçivəsində nazir Tacikistan Prezidenti İmaməli Rəhman ilə görüşüb.

O, Tacikistana səfər edən ilk britaniyali xarici işlər naziri olmaqdan şad olduğunu qeyd edib.

Bildirib ki, biznes, iqlim dəyişikliyi və terrorla mübarizə kimi əsas sahələrdə Britaniya və Tacikistan arasında əlaqələr daha da genişlənə bilər.

Qeyd edək ki, Kemeron səfər çərçivəsində Qırğızıstan, Özbəkistan, Türkmənistan, Qazaxıstan və Monqolustana da səfər edəcək. Həmin ölkələr ilə ticarət, təhlükəsizlik və ekoloji əlaqələri gücləndirmək məqsədilə diplomatik danışıqlar aparacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.