Texnologiya

Pakistanda “X” bu səbəbdən bağlandı

18 Aprel 2024 14:31
Baxış: 772
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Pakistanda fevralın 17-də tətbiq edilən və bu günə qədər davam edən "X" sosial şəbəkəsinə girişin müvəqqəti məhdudlaşdırılması milli təhlükəsizlik məqsədi ilə həyata keçirilib".

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə İslamabad Ali Məhkəməsinə daxili işlər naziri Xürrəm Ağanın təqdim etdiyi hesabatda qeyd olunub.

"X" sosial şəbəkə platformasının Pakistan hökumətinin qanuni direktivlərinə əməl etməməsi və platformadan sui-istifadə hallarını aradan qaldırmaması qadağanı zəruri edib. Bu, milli təhlükəsizlik, ictimai asayişin və milli bütövlüyünün qorunması üçün edilib", - deyə sənəddə bildirilib.

Qeyd edilib ki, sosial şəbəkəyə qoyulan qadağa Pakistanın kəşfiyyat və təhlükəsizlik orqanlarının məxfi hesabatları əsasında tətbiq edilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.