Dünya

Rusiya daşqınlara görə Qazaxıstanı günahlandırdı

10 Aprel 2024 22:08
Baxış: 1 202
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya vilayətlərində daşqınlarla bağlı vəziyyətə görə Qazaxıstan günahkardır.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin Ural Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi Vladimir Yakuşev bildirib.

"Bizdə belə qışlar olanda, çox qar yağanda və su anbarında kifayət qədər böyük su ehtiyatı yığılanda, həmkarlarımızla (Qazaxıstandan) birgə iş görməliyik ki, bu suyun anbarlardan axıdılması daha koordinasiyalı, düzgün və bərabər olsun", - o bildirib.

Yakuşev qeyd edib ki, artıq sular tənzimlənərsə, Rusiyanın Kurqan və Tümen vilayətlərində daşqınlarla bağlı problemlərin qarşısını almaq olar.

Qazaxıstanın Su Təsərrüfatı və Suvarma Nazirliyinin mətbuat xidməti isə bu açıqlamaları yanlış adlandırıb:

"Qeyd edək ki, Tobol çayı boyunca su Rusiyadan gəlir. Və buna uyğun olaraq, Rusiya tərəfdən gələn axınlar əsasında suyun axıdılması ilə bağlı qərarlar qəbul edilir. Ona görə də Rusiyada daşqınlara Qazaxıstanın təsir etdiyini söyləmək düzgün deyil. Bu, doğru deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.