Dünya

Cənubi Qafqaz geosiyasi rəqabət meydanına çevrilməməlidir - İran XİN

9 Aprel 2024 22:03
Baxış: 586
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Qafqaz geosiyasi rəqabət meydanına çevrilməməlidir.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Belçikanın paytaxtı Brüsseldə Ermənistan, ABŞ və Avropa İttifaqının üçtərəfli görüşünə münasibət bildirərkən deyib.

O vurğulayıb ki, Qafqazda sülh və sabitliyin bərqərar olması üçün regional əməkdaşlıq vacibdir.

"İqtisadi əməkdaşlığın gücləndirilməsi və kommunikasiyaların genişləndirilməsi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olmasında və iqtisadi inkişafda təsirli rol oynayır və bu baxımdan regional strukturların imkanlarından, o cümlədən mübahisələrin sülh yolu ilə həlli, sülh və sabitliyi möhkəmləndirmək və qarşılıqlı fayda əsasında əməkdaşlığı gücləndirmək üçün "3+3" mexanizmindən yararlanmaq lazımdır", - diplomat qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.