Dünya

Xəstənin mədəsindən canlı ilan balığı çıxarıldı

9 Aprel 2024 01:01
Baxış: 1 137
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vyetnamın Quang Ninh əyalətində həkimlər bir xəstənin içərisində nəhəng canlı ilan balığı aşkar ediblər.

Milli.Az lent.az-a istinadən bildirir ki, 34 yaşlı kişi dözülməz qarın ağrısı ilə həkimə müraciət edib. Müayinə zamanı xəstənin bədənində uzun canlı məxluq aşkar edilib.

Mürəkkəb əməliyyatdan sonra xəstənin bədənindən 30 santimetrlik ilan balığı çıxarılıb.

İlan balığının kişinin mədəsinə düşməsinin səbəbi sirr olaraq qalır. Həkimlər hesab edirlər ki, heyvan anus vasitəsilə qalın bağırsağa daxil olub, bağırsaq divarını dişləyib və qarın boşluğuna daxil olub. Bununla belə, xəstənin bədənindən çıxarılana qədər balığın sağ qalması onları təəccübləndirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory