Dünya

Almaniya XİN-dən Gürcüstana xəbərdarlıq

6 Aprel 2024 12:28
Baxış: 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Gürcüstan "xarici agentlər haqqında" qanunun qəbuluna görə Avropa İttifaqına (Aİ) üzv olmağa dair namizəd statusundan məhrum ola bilər".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə Almaniyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Sebastyan Fişer danışıb. 

"Ötən il Gürcüstanda vətəndaş cəmiyyətinin on minlərlə nümayəndəsinin bu qanun layihəsinə etirazından sonra o, gündəmdən çıxarıldı. Gürcüstanın bu şansdan məhrum edilib-edilməyəcəyi məsələsi digər Aİ ölkələri ilə məsləhətləşmələr zamanı həll ediləcək", - deyə diplomat qeyd edib. 

Xatırladaq ki, Gürcüstanın hakim "Gürcü arzusu" partiyası "Xarici agentlər haqqında" qalmaqallı qanunu yenidən parlamentə təqdim etməyi planlaşdırır. Ölkədə sözügedən qanun 2023-cü ilin martın 7-də birinci oxunuşda qəbul edilib. Bunun ardınca paytaxt Tbilisidə kütləvi etiraz aksiyaları keçirilib və 60-dan çox insan saxlanılıb. Aksiya iştirakçıları parlamentin binasını yandırıb və binanı daşa tutublar. Həmin il martın 10-u isə Gürcüstan parlamenti sözügedən qanunu geri götürüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.