Dünya

Papa Fransisk Azərbaycanla Ermənistan arasındakı sülh prosesindən danışdı

31 Mart 2024 18:05
Baxış: 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Pasxa bayramı ilə əlaqədar Vatikanın Müqəddəs Pyotr meydanında ənənəvi "Urbi et Orbi" ("Romaya və dünyaya") çıxışı zamanı Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesindən danışıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, katoliklərin ruhani lideri müharibədən sonra aparılan danışıqların əhəmiyyətini vurğulayıb.

Roma Katolik Kilsəsinin rəhbərinin fikrincə, tərəflər beynəlxalq ictimaiyyətin dəstəyi ilə dialoqu davam etdirə, köçkünlərə kömək edə, müxtəlif dini konfessiyaların ibadət yerlərinə hörmətlə yanaşa və ən qısa zamanda qəti sülh sazişinin imzalanmasına nail ola bilərlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.