Dünya

Ukraynada 50 min insan itkin düşüb - Şok rəqəm

28 Mart 2024 23:50
Baxış: 708
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda Ukraynada 50 mindən çox insan itkin düşüb. Rusiyanın tammiqyaslı işğalından əvvəl bu rəqəm dörd dəfə az idi - təxminən 12 min.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin rəis müavini Andrey Nebitov məlumat verib.

Onun sözlərinə görə, müharibə şəraitində axtarış işləri çətinləşib.

"Məlumatların toplanması, yoxlanılması və axtarışların həyata keçirilməsi cəbhə xəttində gözlənilməz vəziyyət, dinc şəhərlərə kütləvi hücumlar, insanların miqrasiyası və ərazilərin müvəqqəti işğalı səbəbindən çətinləşir.

Cinayət axtarışında iş yükü artıb, lakin əməliyyatçılar maksimum işləyir və hər bir insan taleyi uğrunda mübarizəni davam etdirirlər", - Andrey Nebitov qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.