Dünya

Alimlər həyəcan təbili çaldılar: 2050-ci ilə qədər...

26 Mart 2024 07:39
Baxış: 1 173
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq alimlər qrupu dünyada doğum nisbətlərinin sürətlə azalması ilə bağlı həyəcan təbili çalıb.

Milli.Az publika.az-a istinadən bildirir ki, dünya ölkələrinin yarısında doğum nisbətlərinin çox aşağı olduğuna diqqət çəkilib.

Alimlər 2050-ci ilə qədər ölkələrin 75%-nin əhalisinin azalacağını proqnozlaşdırıblar. Ehtimal olunur ki, əsrin sonunda ölkələrin 97%-i bununla üzləşəcək. 2100-cü ildə ancaq bir neçə ölkədə kifayət qədər doğum səviyyəsinin olacağı gözlənilir. Bu ölkələr Somali, Tonqa, Niger, Çad və Tacikistandır.

Bildirilib ki, bu tendensiyanın nəticəsində 21-ci əsrdə gözlənilməz sosial dəyişikliklər baş verə, dünya iqtisadiyyatı və beynəlxalq güc balansı tamamilə yenidən formalaşa bilər.

İmmiqrasiya iqtisadi artımı qorumaq üçün zəruri hal alacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.