Dünya

Qatildən taksidə şifrəli mesaj: Sürücüyə deyib ki...

25 Mart 2024 20:23
Baxış: 11 515
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskva yaxınlığındakı "Crocus City Hall"da qətliam törətmiş şəxslərə taksi xidməti göstərmiş sürücülər açıqlama verib.

Milli.Az savaş.org-a istinadla xəbər verir ki, sözügedən taksi sürücüsü terrorçuları onların fotoları mediada yayıldıqdan sonra tanıyıb.

Denis adlı taksi sürücüsü bildirib ki, cinayətkarları terrordan bir neçə gün öncə Moskva ətrafındakı Anadırskaya küçəsindən Selskoxozyaystvennaya qədər aparıb:

"Terrorçular gedişhaqqı olaraq 350 rublu nağd şəkildə ödədilər. Onlar maşında öz ana dilləriində danışırdılar. Amma onların danışıqlarında və davranışlarında şühbəli nəsə hiss etmədim"

Şəmsudin adlı başqa bir taksi sürücüsü isə terrorçulardan birini martın 7-də "Crocus"dan götürərək onu Krasnoqorsk rayonunun Putilkovo kəndinə aparıb:

"O, özünü sakit aparırdı. Söhbət əsnasında dedi ki, "Crocus"da konsertə gəlibmiş, amma konsertdən razı qalmadığlına görə tədbir yekunlaşmamış getmək qərarına gəlib. O, mənimlə rus dilində danışırdı, yanımda telefonla heç kimlə əlaqə yaratmayıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory