Dünya

Keyt Middlton ailəsi ilə Vindzor sarayını tərk etdi

25 Mart 2024 13:37
Baxış: 755
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Britaniya Kralı III Çarlzın gəlini Keyt Middlton Vindzordakı saraydan gedib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Mirror" öz mənbələrinə istinadla xəbər verib.

Bildirilir ki, bir müddət əvvəl ictimaiyyəti şoka salan açıqlamaları ilə çıxış edən Uels şahzadəsi əri və uşaqları ilə birlikdə helikopterlə naməlum istiqamətə yollanıb.

Qeyd edək ki, bir neçə ay ictimaiyyət arasında görünməyən Middltonun bu həftə işinin başına dönəcəyi açıqlanmışdı.

Ehtimallara görə, şahzadə ailəsi ilə birlikdə Norfolkdakı Anmer Hall malikanəsinə yollanıb. Onların Pasxa bayramını burada keçirəcəkləri güman edilir.

Xatırladaq ki, martın 22-də Middlton ölümcül xəstəliyi ilə bağlı həqiqəti açıqlayıb. Şahzadə ona xərçəng diaqnozu qoyulduğunu və onun bu yaxınlarda qarın nahiyəsində aparılan əməliyyatdan sonra aşkarlandığını deyib. Onun sözlərinə görə, özü və ailəsi test nəticələrindən o qədər şoka düşüblər ki, uzun müddət özlərinə gələ bilməyiblər. Keyt hazırda kimyaterapiyadan keçdiyini vurğulayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory