Dünya

Dəhşətli zəlzələ 3 nəfərin həyatına son qoydu

25 Mart 2024 09:06
Baxış: 1 033
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Papua-Yeni Qvineyeda güclü zəlzələ nəticəsində üç nəfər ölüb və 90-dən çox ev dağılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə yerli "Post Courier" nəşri məlumat yayıb.

Bildirilib ki, zəlzələ son həftələr daşqınlara məruz qalmış Şərqi Sepik əyalətinə təsadüf etdiyindən regionun vəziyyəti daha da acınacaqlıdır. Əyalətdəki Sotmeri kəndinin ümumiyyətlə su altında qaldığı deyilir.

Ölənlərdən ikisi Cikinumbu, digəri Sotmeri kəndlərindəndir.

ABŞ-nin Geoloji Xidmətinin yenilənmiş verilənlərinə görə, Papua-Yeni Qvineyanın Ambunti qəsəbəsinin yaxınlığında 6,9 maqnitudalı zəlzələ olub. Daha əvvəl yeraltı təkanların maqnitudasının 6,8 olduğu bildirilmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.