Dünya

“Crocus City Hall”un sahibi Araz Ağalarovdan başverənlərə münasibət - VİDEO - FOTO

23 Mart 2024 23:55
Baxış: 2 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Crocus City Hall"un sahibi Araz Ağalarov konsert zalında baş verən terror aktına münasibət bildirib.

Milli.Az bildirir ki, o, oğlu Emin və filial direktoru Roman Qraçovla birlikdə hadisə yerinə gəlib.

"Dəhşətli faciə baş verdi və deyildi ki, son 20 ildə belə bir şey olmayıb", - Ağalarov RBC telekanalına deyib.

Onun sözlərinə görə, terrorçular zala qapıdan deyil, qonşu sərgi mərkəzinin pəncərəsindən daxil olublar. "Əllərində avtomat tüfəng var idi. Gördükləri hər şeyə atəş açmağa başladılar. Bütün insanlar, mühafizəçilər. Bir mühafizəçi öldü, biri yaralandı. Onlar heç mühafizəçi də deyillər. Biz onlara "nəzarətçi" deyirik", - deyə Araz Ağalarov bildirib. O, baş verənləri insani dəyərlər baxımından izaholunmaz adlandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.