Dünya

İki ölkə arasında gizli tunel qazıb, qaçaqmalçılıq edirmiş...

21 Mart 2024 08:58
Baxış: 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qırğızıstan sakininin evindən Özbəkistan ərazisinə çıxan tunel tapılıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, tunel 15 metr dərinlikdə döşəmənin altında qazılıb, uzunluğu isə 130 metrdir.

Məlum olub ki, saxlanılan şəxsin evindən Özbəkistan sərhədinə qədər təxmini məsafə 50 metrdir.

Bildirilib ki, tunel malların və şəxslərin qaçaqmalçılığı məqsədilə istifadə edilib.

Evin 38 yaşlı sahibi, qanunsuz fəaliyyətin tərtibatçısı saxlanılıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.