Dünya

Bu kənddə 3,5 saat oruc tuturlar

20 Mart 2024 00:20
Baxış: 1 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ommanın Vekan kəndi hər il Ramazan ayında diqqət çəkir. Bu kənddə oruc müddəti dünyanın hər yerindəkindən çox qısadır.

Milli.Az lent.az-a istinadən bildirir ki, dağlar arasında geniş vadidə yerləşən Vekan kəndinin camaatı günəşi cəmi 3 saat görə bildiklərinə görə özləri belə bir qayda tərtib ediblər.

Ramazan ayında oruc müddəti qısa olduğuna görə Ommanın başqa yerlərindən bura turistlər axın edib, yerli qaydalarla oruc tuturlar.

2 min sakini olan bu ərəb kəndində orucluğun bu qaydada tutulmasının düz olub-olmamasını demək çətindir, hər halda, burada belədir.

Dağlar arxasında qalan günəşi kənd camaatı səhər 11-də görür, 14.30-da günəş dağlar arxasında görünməz olur. Vekanlılar da günün doğuşunu- batışını belə qiymətləndirirlər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.