Dünya

BMT-də Fransanın məsuliyyətsiz şəkildə dünyanı nüvə müharibəsinə sürüklədiyi açıqlanıb - FOTO

18 Mart 2024 21:57
Baxış: 615
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Fransada güclənən məsuliyyətsiz ritorika dünyanı nüvə müharibəsi uçurumuna atmaq riski daşıyır".

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.

Onun sözlərinə görə, nüvə silahından istifadə şərtləri Rusiyanın nüvə doktrinasında açıq şəkildə ifadə olunub və Moskva buna ciddi əməl edir:

"Təəssüf edirik ki, həqiqətən də nüvə ritorikasını qızışdıranlara, məsələn, nüvə silahı da daxil olmaqla, bütün hərbi vasitələrdən istifadəni elan edən ABŞ-ın müdafiə naziri Lloyd Ostinə qarşı bu gün bir qınama sözü eşidilməyib.

Londonda nüvə düyməsini necə asanlıqla basmağa hazır olduğumuzu da xatırlayırıq. Biz həmçinin Parisdə dünyanı nüvə müharibəsi uçurumuna sürükləyən məsuliyyətsiz ritorikanın artdığını görürük", - diplomat bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.