Dünya

Suriya XİN-in rəhbəri Qərbin sanksiyalarının səbəbini açıqlayıb

18 Mart 2024 00:24
Baxış: 673
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Suriya hökuməti humanitar vəziyyətin yaxşılaşdırılması və müharibədən sonrakı bərpa prosesinin qurulması üçün səylər göstərir.

Milli.Az report.az-a istinadən bildirir ki, bunu Dəməşqdə BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pedersen ilə danışıqlar aparan Ərəb Respublikasının xarici işlər naziri Feysəl Miqdad deyib.

"Suriyalıların davam edən əzablarının səbəbi ABŞ və onun Qərb müttəfiqlərinin qeyri-insani sanksiyalarıdır", - xarici işlər naziri deyib. "Bu məhdudiyyətlərin nəticələri fəlakətlidir", - o vurğulayıb.

Miqdad BMT Təhlükəsizlik Şurasını Qərbin Dəməşqə qarşı sanksiyalarını ləğv etməyə çağırıb.

Pedersen öz növbəsində, "Suriyanın suverenliyinə və birliyinə hörmətin, eləcə də onun ərazisində təhlükəsizliyin və sabitliyin bərpasının vacibliyini" vurğulayıb. "Al Hadath" telekanalının məlumatına görə, emissar Miqdadla görüşdən sonra jurnalistlərə deyib ki, o, aprelin sonunda Cenevrədə keçirməyi planlaşdırdığı Suriya Konstitusiya Komitəsinin 9-cu raunduna hazırlıqları müzakirə edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.