Dünya

Rusiyadakı seçkiləri diqqətlə izləyirik - Kirbi

16 Mart 2024 08:07
Baxış: 574
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Rusiyada prezident seçkilərinin gedişini diqqətlə izləmək niyyətindədir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə deyib.

"Biz izləyəcəyik və nə baş verdiyini müşahidə edəcəyik. Həftə sonu nə olacağını görəcəyik", - o bildirib.

Eyni zamanda Kirbi Rusiyada azad və ədalətli seçkilərdən danışmağın düzgün olmadığını qeyd edib, bu seçkilərin Ukraynanın işğal olunmuş ərazilərində keçirilməsini qeyri-legitim hesab edib.

Kirbi ABŞ-ın bu ərazilərdəki (Ukraynanın işğal olunmuş ərazilərində) seçkilərin nəticələrini tanımadığını vurğulayıb.

Qeyd edək ki, Rusiyada prezident seçkisi 15 martda başlayıb və 17 marta qədər davam edəcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.