Memmingendən (Almaniya) Kutaisiyə (Gürcüstan) uçan "Vizz Air" təyyarəsi Rumıniyanın Kluj-Napoka şəhərinin hava limanına məcburi eniş edib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "FlightRadar" xidmətinin məlumatında deyilir.
Məcburi enişə səbəb kimi sərnişinlər arasında davanın baş verməsi göstərilib.
İddiala görə, Gürcüstan və Rusiyadan olan sərnişinlər arasında dava düşüb. Enişdən sonra münaqişə iştirakçıları polisin köməyi ilə təyyarədən çıxarılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun