Dünya

Rusiya - NATO toqquşması gözlənilir - Səfir

5 Mart 2024 22:05
Baxış: 756
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya və NATO birbaşa silahlı münaqişə təhlükəsi ilə üz-üzədir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu jurnalistlərlə söhbətində Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

Diplomat qeyd edib ki, artıq NATO hərbçilərinin Ukraynada döyüş əməliyyatlarında iştirakından söhbət gedir.

Səfirin sözlərinə görə, belə bir ssenari Vaşinqtonun razılığı olmadan həyata keçirilə bilməz:

"Əslində biz Şərqi Avropada Rusiya silahlı qüvvələri ilə Şimali Atlantika Alyansı arasında birbaşa toqquşma təhlükəsi ilə üz-üzəyik".

Qeyd edək ki, bundan öncə Qərb rəsmiləri də birbaşa toqquşmanın olacağı barədə fikirlər səsləndirmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.