Dünya

HƏMAS girovların dəyişdirilməsi təklifinə yaxın saatlarda cavab verəcək

3 Mart 2024 18:28
Baxış: 678
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

HƏMAS hərəkatı yaxın saatlarda girovların mübadiləsi üçün vasitəçilərin təklif etdiyi razılaşmaya cavab verəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb.

Telekanalın məlumatına görə, hərəkatın nümayəndə heyəti azad edilə biləcək girovların siyahısını hazırlamaq üçün Misirdə vasitəçilərlə görüş keçirir.

Qeyd edək ki, bundan əvvəl HƏMAS hərəkatının nümayəndələri və İsrail rəsmilərinin Qəzza zolağında münaqişədə təklif olunan atəşkəs barədə razılığa gəlməsi məlum olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.