Dünya

Altı sevgilisi olan musiqiçi yeddincini axtarır

29 Fevral 2024 20:57
Baxış: 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı musiqi prodüseri LX Hander yeddinci qadını özünə məşuqə etmək qərarına gəlib. 

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb.

Musiqiçinin artıq altı məşuqəsi var və hamısı bir-birini tanıyır, bir-biri ilə ünsiyyət qurur və tez-tez onunla görüşürlər. Lakin sənətçinin dediyinə görə, məşuqələrin hamısını eyni vaxtda bir yerə yığmaq mümkün olmur, maksimum üçü toplaşır.

"Ənənəvi monoqamiya mənə bir yaradıcı insan kimi fəaliyyət göstərməyimə o qədər də uyğun gəlmir. Bütün sevgi və hissləri tək bir insana saxlamaq mənim üçün deyil", - Hander deyir.

LX Handerin sözlərinə görə, o, həmişə yeni sevgililər axtarır və onların sayı 10 olana qədər dayanmağı planlaşdırmır. O, etiraf edir ki, 10 məşuqə ilə ona asan olmayacaq. 

Musiqiçi deyir ki, bir çoxları onun həyat tərzini bəyənmir, eşitdiyi tənqidlərin 90 faizi isə kişilərdən gəlir. LX Hander zarafat edir ki, o, hətta 80 yaşına kimi gənc modellərin əhatəsində yaşayan "Playboy" jurnalının yaradıcısı Hyu Hefnerə bənzəmək istəyir.

Qeyd edək ki, daha əvvəl "Playboy" jurnalının yaradıcısı Hyu Hefnerin dul arvadı Kristal ərini sevmədiyini etiraf edib. Gənc dul qadının dediyinə görə, onların arasında ciddi bir güc disbalansı olub, amma o, "uğurlu insanlar" dünyasına girmək üçün 80 yaşlı qocayla yaşamağa məcbur imiş. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.