Dünya

Donald Tramp Miçiqanda rəqibini üstələdi

28 Fevral 2024 17:58
Baxış: 573
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-nin keçmiş prezidenti Donald Tramp bülletenlərin 50%-i işləndikdən sonra Miçiqanda Respublikaçıların ilkin seçkisində (praymerizdə) qalib gəlib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Tramp səslərin 67%-dən çoxunu qazandığı halda, ABŞ-nin BMT-dəki keçmiş səfiri Nikki Heyli cəmi 27,2% səs toplayıb. Eyni zamanda, Heyli seçki yarışından çəkilməyəcəyini və Respublikaçılar Partiyasından prezidentliyə namizəd kimi mübarizəni davam etdirəcəyini bildirib.

Qeyd edək ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək. Tramp 2022-ci ilin noyabrında seçki kampaniyasına qoşulacağını açıqlayıb. Demokrat Co Bayden isə 2023-cü il aprelin 25-də prezidentlik uğrunda yarışacağını bəyan edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.