Dünya

MİT əməliyyat keçirdi: Mazlum Mardin yaxalandı

23 Fevral 2024 22:13
Baxış: 838
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

PKK terror təşkilatının üzvlərindən olan "Mazlum Mardin" kod adlı Murad Kızıl Avropaya qaçmağa fürsət tapmadan ələ keçirilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Bildirilib ki, Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) və Təhlükəsizlik Kəşfiyyat İdarəsi birgə əməliyyat keçiriblər. Terrorçu Murad Kızılın gizləndiyi yer müəyyən edilib. Murat Kızıl Türkiyəyə gətirilib və məhkəmə məsuliyyətinə cəlb edilib.

Qeyd edilib ki, o, 2015-ci ildə Suriya və İraqda terror fəaliyyəti göstərib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.