Dünya

Hesabında pul olmayan qadın bankı yandırdı

18 Fevral 2024 21:19
Baxış: 590
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransız qadın hesabında kifayət qədər pul olmadığını anladıqdan sonra Nanter şəhərindəki Societe Generale bank filialını yandırıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, fransalı qadın öz hesabından nağd pul çıxarmağa çalışsa da, bank işçisi ona lazım olan məbləği verə bilməyib və imtina etmək məcburiyyətində qalıb.

Daha sonra qadın "Molotov kokteyli" çıxararaq onu yandırıb və otağın içərisinə atıb.

Yanğın bütün binaya yayıldıqda, ziyarətçilər çaxnaşma içində bankdan qaçıblar, lakin cinayətkar polisdən gizlənməyə belə cəhd etməyib - o, yanan binanın qarşısında poza verməyə başlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.