Dünya

“Almaniya Ukraynaya qoşun göndərməyəcək”

17 Fevral 2024 15:57
Baxış: 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Almaniya qoşunları Ukraynada hərbi əməliyyatlarda iştirak etməyəcək".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts Ukrayna Prezidenti Volodimir Zelenski ilə təhlükəsizlik sahəsində imzaladığı sazişi şərh edərkən deyib. 

"Tamamilə aydındır ki, Ukraynadakı bu müharibədə almaniyalı əsgərlər olmayacaq. Bu saziş Almaniyanın döyüşən tərəf olacağı demək deyil", - deyə kansler qeyd edib. 

Onun sözlərinə görə, Berlin Kiyevə hərbi planda dəstək verəcək, yəni silah göndərəcək, ukraynalı əsgərlərə təlim keçəcək, Ukrayna müdafiə sənayesinin modernləşdirilməsinə kömək edəcək. 

Xatırladaq ki, fevralın 16-sı V.Zelenskinin Almaniyaya səfəri çərçivəsində iki ölkə arasında təhlükəsizlik zəmanətləri barədə saziş imzalanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.