Dünya

Özbək səfir Rusiya XİN-ə çağırıldı

14 Fevral 2024 21:17
Baxış: 677
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Özbəkistanın Moskvadakı səfiri Batırcan Əsədov Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Məlumatda bildirilib ki, Özbəkistanın Jurnalistika Universitetinin rektoru Şirzad Qüdrətxocayevin təhqiramiz bəyanatlarına görə Rusiya Xarici İşlər Nazirliyində etiraz edilib. Moskva Özbəkistan Xarici İşlər Nazirliyindən rektorun bəyanatlarına rəsmi qiymət verilməsini gözləyir.

Qeyd edək ki, daha öncə Şirzad Qüdrətxocayev "AlterEgo" Yutub kanalına müsahibəsində deyib: "Özbəkistanın özbək dilini bilməyən sakinləri kim olduqlarını seçməlidirlər - işğalçı və ya axmaq".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.