Amerikalı jurnalist Taker Karlson Rusiya Prezidenti Vladimir Putindən 2 saatlıq müsahibə alıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu məşhur amerikalı bloger Aleks Cons deyib.
"Taker Putindən müsahibə aldığını bildirib. O, sadəcə mənə mesaj yazdı: "Bu, heyrətamizdir. Müsahibə iki saat davam edir", - Cons bildirib.
Onun sözlərinə görə, Karlson müsahibəni yaxında dərc edəcək və materialın nəşrini təxirə salmaq fikrində deyil:
"Bu, tarixə düşəcək. Biz Üçüncü Dünya müharibəsini dayandırmağa çalışırıq".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun