Dünya

Hərbçilərə mülki şəxslərə atəş açmağa icazə verdi

6 Fevral 2024 20:16
Baxış: 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belarusda hərbçilərə vətəndaşlara qarşı silah tətbiq etmək hüququ verilib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı "Lenta.ru" məlumat yayıb.

Bildirilib ki, qərar Belarus Prezidenti Aleksandr Lukaşenkonun Silahlı Qüvvələrin Daxili Xidmətinin Nizamnaməsinə daxil etdiyi dəyişikliklərdə qeyd olunub.

Belarus lideri Silahlı Qüvvələrin Daxili Xidmətinin Nizamnaməsinin 11-ci maddəsinin dəyişdirilməsinə göstəriş verib. Nimanaməyə edilən yeni dəyişikliyə görə, hərbi qulluqçulara vətəndaşlara qarşı fiziki güc və silah tətbiq etmək hüququ verilib.

Dəyişikliyə əsasən hərbçi ümumi hərbi qaydaların tələblərinə uyğun olaraq silah istifadə edərsə və bu zaman şəxs yaralanarsa və ya ölərsə, hərbi qulluqçu bu hərəkətə görə məsuliyyət daşımayacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.