Dünya

Kafeyə hücumda rusiyalı nazir də ölübmüş - Hər şey ortaya çıxdı - FOTO

5 Fevral 2024 23:41
Baxış: 985
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın nəzarətində olan Lisiçansk vilayətində yerləşən "Adriatic" kafeyə raket hücumu edilib. 

Milli.Az referans.az-a istinadən xəbər verir ki, bu barədə "LXR"nin rəhbəri Leonid Paseçnik öz teleqramında məlumat verib. 

Hadisə fevralın 3-də Lisiçanskda deputat İvan Juşmanın doğum günündə baş verib. Hücum nəticəsində "Luqansk Xalq Respublikası"nın fövqəladə hallar naziri Aleksey Potelesçenko həlak olub.

Bildirilir ki, nazir həmin vaxt digər qonaqlarla birlikdə içəridə olub.

Hadisəni şərh edən jurnalist Denis Kazanskinin verdiyi xəbərə görə, raket hücumu zamanı Rusiyanın yüksəkrütbəli məmurları kafedə olublar.

Rusiya tərəfinin məlumatına görə, hücum nəticəsində 28 nəfər həlak olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.