Dünya

ABŞ-dan Hindistana neft tədarükü dayandırıldı

5 Fevral 2024 23:05
Baxış: 587
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qırmızı dənizdə yük daşınması ilə bağlı təhlükəsizlik vəziyyəti ABŞ-dan Hindistana neft nəqlini dayandırıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "İndian Ekspress" məlumat yayıb.

Gəmi izləmə məlumatlarının təhlili göstərir ki, bu ilin yanvarında Hindistan neftayırma zavodları ABŞ-dan neft almayıb. Baxmayaraq ki, Hindistan əvvəllər Amerika tədarükçülərindən gündə orta hesabla 205 min barrel neft alırdı. Qırmızı dəniz böhranı səbəbi ilə yükdaşıma tariflərindəki artım səbəbindən tədarükün kəsildiyi bildirilir.

Qeyd edək ki, OPEK-in hesabatına əsasən, Rusiya artıq bir ildir ki, Hindistana neft tədarükündə liderdir və sentyabrda ölkənin ümumi idxalının 36 faizini təmin edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.