Dünya

Bu şirkətlərə sanksiyalar tətbiq olunacaq

5 Fevral 2024 19:11
Baxış: 518
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rusiyanın əleyhinə tədbirlərə qoşulmayan şirkətlərə sanksiyalar tətbiq ediləcək".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Cozep Borrell Varşavada keçirilən mətbuat konfransında deyib.

Diplomat bildirib ki, Aİ Rusiyaya qarşı 13-cü sanksiya paketi çərçivəsində müxtəlif ölkələrdən olan şirkətlərə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edəcək:

"Məhdudlaşdırıcı tədbirlər bir çox şəxs və qurumlara, eləcə də sanksiyalarımızdan yayınan müxtəlif ölkələrin şirkətlərinə şamil olunacaq".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.