Dünya

Saray Middltonun xəstəliyi ilə bağlı bəyanat yaydı

5 Fevral 2024 08:50
Baxış: 914
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son vaxtlar Uels şahzadəsi Keyt Middltonun sağlamlığı ilə bağlı söz-söhbətlər tükənmək bilmir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  kral ailəsinin nümayəndələri 42 yaşlı Keytin diaqnozunu dilə gətirmədilər, yalnız onun mədəsində əməliyyat olunduğunu qeyd ediblər. Şahzadənin Pasxa bayramından tez olmayan işə başlayacağı da deyilib.

"O, bu elanın yaradacağı marağı yüksək qiymətləndirir. Keyt ümid edir ki, ictimaiyyət onun uşaqlarını lazımsız şayiələrdən qorumaq istəyini və şəxsi tibbi məlumatların məxfi saxlanılması istəyini başa düşəcək. Uels şahzadəsi qarşıdan gələn tədbirləri təxirə salmaq məcburiyyətində qaldığı üçün hər kəsdən üzr istəmək istəyir. O, mümkün qədər tez sağalmasını və işə qayıtmasını səbirsizliklə gözləyir" deyə, Kensinqton Sarayının rəsmi bəyanatında deyilib.

Əlavə edilib ki, indi Middlton evdədir, onun yanında ən yaxşı həkimlər var. Şayiələr isə onun səhhətinə pis təsir edir. Keytin xərçənglə mübarizə apardığını yazanlar onun səhhətinə ciddi ziyan vururlar. Bəyanatda eyni zamanda Middltonun plastik əməliyyat etdirməsi söz-söhbətinə də son qoyulması istənilib. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.