Moldova 2030-cu ildən daha tez Avropa Birliyinin (AB) bir hissəsi ola bilər, bunun üçün referendum keçirmək lazımdır.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Moldova parlamentinin spikeri İqor Qrossi deyib.
"Bu il referendumun keçirilməsi və danışıqlar prosesinə tam sürətlə başlamaq çox vacibdir. Hesab edirəm ki, bizim AB-yə qoşulma anını daha da yaxınlaşdırmaq üçün (2030-cu ildən əvvəl - red.) mümkün olan hər şeyi etmək imkanımız və öhdəliyimiz var. Mən ukraynalı həmkarlarımda da eyni ruhu və yanaşmanı hiss edirəm", - Qrossi bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun