Dünya

II Elizabetin “Range Rover”i hərraca çıxarıldı - FOTOlar

3 Fevral 2024 18:11
Baxış: 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya kraliçası II Elizabetin (1926-2022) istifadə etdiyi avtomobil İngiltərədə hərraca çıxarılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, söhbət əlahəzrətin 2016 və 2017-ci illərdə istifadə etdiyi dörd təkərli mavi rəngli "Range Rover"dən gedir.

Avtomobil dəfələrlə qəzetlərin və televiziya reportajlarının birinci səhifələrinə çıxıb.

Məhz bu "Range Rover" ilə 2016-cı ilin aprelində Böyük Britaniyada səfərdə olan ABŞ prezidenti Barak Obama Vindzor qəsrindəkı nahara yollanıb.

"Bramley Motor Cars" hərrac evinin mütəxəssisləri dəri salonlu avtomobili 224 850 funt sterlinq (285 000 dollar) dəyərində qiymətləndiriblər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.