Dünya

İmran Xan və xanımına daha 14 il həbs cəzası verildi

31 Yanvar 2024 10:25
Baxış: 956
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pakistan məhkəməsi ölkənin keçmiş baş naziri, müxalif "Ədalət Hərəkatı" partiyasının lideri İmran Xan və onun həyat yoldaşı Büşra Bibi 14 il həbs cəzası alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, o, korrupsiya və xaricdən hədiyyələrin satışı ilə bağlı cinayət işi üzrə məhkum edilib.

Xatırladaq ki, daha əvvəl İmran Xan və keçmiş xarici işlər naziri Şah Mehmud Qureşi dövlət sirri haqqında qanunu pozmaqda ittiham olunaraq xüsusi məhkəmə tərəfindən 10 il müddətinə azadlıqdan məhrum edilib.

O 2018-2022-ci illərdə Pakistan hökumətinə rəhbərlik edib. Keçmiş hökumət başçısı 2022-ci il aprelin 10-da ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.