Dünya

Ərdoğan: Türkiyə öz raketini kosmosa buraxacaq

30 Yanvar 2024 07:21
Baxış: 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə öz raketini kosmosa buraxacaq.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Eskişehirdə gənclər qarşısında çıxışı zamanı deyib.

Ərdoğan çıxışında Türkiyənin astronavt hazırlığı proqramını xatırladıb və bunu Türkiyənin kosmos tədqiqatlarında yeni tarixi addım adlandırıb.

"Gələcək illərdə bu proqramlar çərçivəsində yetişdirdiyimiz astronavtlarla öz raketimizi kosmosa göndərəcəyik", - o qeyd edib.

Xatırladaq ki, 2023-cü il sentyabrın 12-də NASA və "Axiom Space" Türkiyə tarixində ilk astronavt Alper Gezeravcının daxil olduğu "SpaceX AX-3" kosmik missiyasının ("Axiom Mission 3") ekipajının formalaşmasının başa çatdığını elan etmişdi.

Cari ilin yanvarın 18-də göyərtəsində Gezeravcı ilə birlikdə "SpaceX AX-3" missiyasının üzvləri - komandir Maykl Lopes-Aleqria, pilot Valter Villadey, missiya mütəxəssisi Markus Vandtın olduğu "Crew Dragon" kosmik gəmisi Beynəlxalq Kosmos Stansiyasına yola düşüb, yanvarın 20-də isə ora çatıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.