Dünya

Texasda nələr baş verir?

27 Yanvar 2024 11:40
Baxış: 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əlbəttə, bu böhrandır - və böyük böhran. Bu, ABŞ konstitusiya sisteminin bir çox cəbhələrdə dağıldığını göstərən daha bir əlamətdir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu amerikalı siyasi şərhçi Dan Lazar Texasda baş verən hadisələrlə bağlı bildirib.

O vurğulayıb ki, Co Bayden növbəti dəfə prezident seçilərsə, ölkə vətəndaş müharibəsinin alovlanması riski ilə üzləşəcək:

"Bunun nə qədər uzağa gedəcəyi ilə bağlı heç bir fikrim yoxdur, lakin Trampın indi federal hakimiyyət orqanlarına meydan oxumaq üçün ştatları silahlanmağa çağırması təəccüblü deyil. 248 illik respublika gözümüzün qabağında dağılır".

Hyuston Universitetinin Afrika-Amerika tarixi professoru Cerald Horn da Bayden administrasiyası ilə Texasın respublikapərəst qubernatoru arasında gərginliyin çox ciddi olduğunu deyib.

O xatırladıb ki, ABŞ-dan mümkün ayrılma mövzusu ştatda uzun müddətdir müzakirə olunur. Bu baxımdan Horn hesab edir ki, Texas rəhbərliyi indi belə bir inkişafın beynəlxalq dəstək tapıb-tapmayacağını qiymətləndirməyə çalışır.

Qeyd edək ki, miqrant axını davam etdiyi üçün ştatın Milli Qvardiyası sərhədə nəzarəti ələ keçirib. Ağ Evin bu cür hərəkətlərindən sonra Respublikaçıların iqtidarda olduğu 25 ştat Baydeni sərhədi qorumamaqda ittiham edib və Texası dəstəkləyəcəkyini bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.