Dünya

Britaniya Kralı xəstəxanaya yerləşdirildi

26 Yanvar 2024 15:26
Baxış: 628
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniya Kralı III Çarlz tibbi prosedur üçün xəstəxanaya yerləşdirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Bukingem sarayı yayıb. 

Məlumata görə, buna səbəb Kralın prostat vəzinin böyüməsindən əziyyət çəkməsi olub. 

Xatırladaq ki, 75 yaşlı Kralın əməliyyata ehtiyacı olduğu barədə məlumat ötən həftə məlum olub. Onun yanvarın 18-i və 19-na planlaşdırılan ictimai tədbirləri həkiminin məsləhəti ilə təxirə salınıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.