Dünya

Çində zəlzələ anı kameralara belə əks olundu - VİDEO

23 Yanvar 2024 06:33
Baxış: 1 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin Çin və Qırğızıstan sərhəddində yerləşən Sincan-Uyğur Muxtar Bölgəsində baş verən 7 bal gücündə zəlzələ zamanı və ondan sonra panika dolu anlar kameralara əks olunub. 

Milli.Az yerli mediaya istinadən xəbər verir ki, görüntülərdə mənzillərdəki çılçıraqların titrədiyi və yerli əhalinin küçələrə axışdığı görünür.

Məlumata görə, yerli əhali havanın soyuq olmasına baxmayaraq baxmayaraq gecəni küçədə keçirib.

Qeyd olunur ki, zəlzələnin 13 kilometr dərinlikdə olduğu bildirilsə də, təxminən yarım saat sonra bölgədə 5,1, 5,5 və 5,0 bal gücündə təkanlar baş verib.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyi də 4 bal gücündə zəlzələnin Almatıda hiss olunduğunu açıqlayıb. Sosial mediada zəlzələnin hiss olunduğu ölkələrdə küçələrə çıxan insanların görüntüləri diqqət çəkib.

Xəyal
Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.