Dünya

SEPAH və “Hizbullah” husilərə kömək edir

21 Yanvar 2024 13:48
Baxış: 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Livanın radikal "Hizbullah" qruplaşmasının komandirləri Yəməndədir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Nəşr dörd regional və iki İran mənbəsinə istinadən bildirib ki, komandirlər husilərə Qırmızı dənizdə üzən gəmilərə edilən hücumların idarə edilməsi və nəzarətdə saxlanmasına kömək edirlər. Başqa bir sözlə husilərə ciddi təlim keçirlər.

Bundan başqa husiləri silahlandıran və maliyyələşdirən İran, oktyabrın 7-də İsrailə hücumdan sonra başlayan Qəzza müharibəsi zamanı "HƏMAS" və milislərə silah satışını artırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.