Dünya

Daha bir ölkədə güclü zəlzələ oldu

21 Yanvar 2024 06:45
Baxış: 3 257
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Braziliyanın qərbində, Amazona ştatında yerli vaxtla saat 18:31-də (Bakı vaxtı ilə saat 01:31) 6,5 maqnitudada zəlzələ olub.

Milli.Az bildirir ki, bu barədə report.az xarici mətbuata istinadən xəbər verir.

Zəlzələ ocağı Tarauka şəhərindən 123 kilometr məsafədə 628 kilometr dərinlikdə yerləşib.

İpxuna, Kruzeyro do Sul yaşayış məntəqələri yaxınlığında baş verən yeraltı təkanlar Peruda da güclü hiss olunub.

Dağıntı və ya tələfat barədə məlumat verilmir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.