Dünya

Qvatemalanın keçmiş prezidentinə ABŞ-yə giriş qadağan edilib

18 Yanvar 2024 08:39
Baxış: 391
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Dövlət Departamenti Qvatemalanın keçmiş prezidenti Alexandro Cammatteinin korrupsiyada əli olduğuna görə onun ABŞ-yə girişini ləğv edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Departamentin saytında məlumat verilib.

"Dövlət Departamentində Cammatteinin Qvatemala prezidenti olduğu dövrdə dövlət funksiyalarını yerinə yetirmək müqabilində rüşvət aldığını, qanunun aliliyi prinsipini və hökumətin şəffaflığını pozduğunu göstərən etibarlı məlumatlar var", - açıqlamada deyilir.

Həmçinin qeyd olunur ki, Birləşmiş Ştatlar son üç il ərzində Qvatemalada korrupsiya fəaliyyətləri və ya "demokratiyanı sarsıtmaq" səbəbindən hökumət rəsmiləri, biznes nümayəndələri və onların ailə üzvləri də daxil olmaqla 400-ə yaxın şəxsə viza sanksiyaları tətbiq edib.

Cammattei 2020-2024-cü illərdə Qvatemala prezidenti vəzifəsində çalışıb. Onu bazar ertəsi gecə rəsmi olaraq vəzifəsinin icrasına başlayan Qvatemala Prezidenti Bernardo Arevalo əvəzləyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.